Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gürcüstanda yanacaq bahalaşdı

Gürcüstanda son 2-3 həftə ərzində yanacağın qiyməti artıb.

Yenicag.az xəbər verir ki, bir sıra yanacaq doldurma məntəqələrində müxtəlif yanacaq növləri 4-5 tetri bahalaşıb.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyində bahalaşmanı beynəlxalq bazarlarda yanacağın idxal qiymətinin artması və larinin ABŞ dollarına münasibətdə dəyər itirməsi ilə izah ediblər.

Qeyd edək ki, qonşu ölkədə oktyabr ayından etibarən yanacağın qiymətində artım müşahidə olunur. Noyabrın sonunda da yanacaq 7-10 tetri arasında bahalaşıb. Oktyabr-noyabr aylarında yanacağın qiymətində təxminən 15 tetri artım qeydə alınıb./Report/

www.yenicag.az

201