Yeniçağ.Az Azinforum.az-a istinadən xəbər verir ki, bu gün saat 00-00-dan sonra respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinlərin qiymətində yenidən artım olacaq. Hazırda “Aİ-95” premium markalı benzinin bir litrinin qiyməti 1,05 AZN, “Aİ-98” superinki isə 1.10 AZN təşkil edir. Hər iki növ benzinin qiyməti sabahdan etibarən 10 qəpik bahalaşacaq. Yəni “Premium” 1.15 AZN-ə, “Super” isə 1.20 AZN-ə satılacaq.
Xaricdən idxal edilən bu növ benizinlərin qiymətindəki son artım bu ilin 13 yanvarında müşahidə edilib.
Qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi “Aİ-92” markalı benzinə şamil olunmayacaq. Yəni istər “Aİ-92” markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.
Yeniçağ.Az