Beqlaryan Moskvaya MÜRACİƏT ETDİ: “Erməniləri Qarabağa qaytarın”

Separatçı Beqlaryan Moskvaya müraciət edib.

Yenicag.az xəbər verir ki, özünü buraxmış qondarma qurumun “müşaviri” Artak Beqlaryan Moskvanı ermənilərin Qarabağa təhlükəsiz qayıtmasını təmin etməyə və bununla da sülhməramlıların regionda qalmaq hüququnu qorumağa çağırıb.

“Rusiya sülhməramlılarını saxlamağa və strateji uğursuzluq və səhvlərini hansısa yolla düzəltməyə çalışırsa, ən yüksək beynəlxalq təminatlar altında ermənilərin Qarabağa kollektiv və təhlükəsiz qayıtmasına nail olmalıdır”, – separatçı çərənləyib.

Xuraman Etibarlı