Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak Bakıya rəsmi səfər edəcək.
Yenicag.az OilGas.az saytına istinadən xəbər verir ki, bu barədə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mehmet Ali Berber məlumat verib.
O bildirib ki, bu ilin sonunda Bakıda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır. Həmin iclasda nazir Berat Albayrakın rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak edəcəyi gözlənilir.