Berat Albayrakın istefası qəbul edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xəzinədarlıq və maliyyə naziri Berat Albayrakın istefasını qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

“Məlum olduğu kimi 8 yanvar 2020-ci ildə Berat Albayrak sosial şəbəkə vasitəsilə səhhətində yaranan problemlə əlaqədar vəzifəsindən istefa verməsi barədə açıqlama yayıb. Prezidentimiz bu tələbi dəyərləndirərək istefa ərizəsini qəbul edib”, deyə məlumatda bildirilib.