“Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli və eyni zamanda çətin yoldadırlar”.
Yenicag.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Berbok Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi layihəsi üzrə iki günlük danışıqları şərh edib.
“Biz, federal hökumət olaraq, mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyirik.
Beləliklə, bütün yaralar sağalsın və insanlar sülhə nail ola bilsinlər. Sülhə gedən yolda hər metr önəmlidir”, – Berbok yazıb.
Xuraman Etibarlı