Berbokdan COP29-la bağlı açıqlama

COP29 çərçivəsində iqlim koalisiyalarının yaradılması üzrə işlər görülür.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok X hesabında paylaşım edib.

“İqlim böhranı dövrümüzün təhlükəsizliyi üçün ən böyük təhdididir. O, sərhəd tanımır və seçki müddətlərinə məhəl qoymur. Hər bir onluq dərəcə vacibdir. Qlobal istiləşməni 1,5 dərəcə həddində saxlamaq üçün əlimizdən gələni etməli olduğumuzu bilirik”, – nazir yazıb.

Berbok COP29 çərçivəsində dünya ictimaiyyətinin sıx əməkdaşlığını təmin etməyin əhəmiyyətini vurğulayıb:

“Biz Bakıda müxtəlif qitələrdən ölkələri birləşdirən iqlim koalisiyalarının yaradılması üzərində işləyirik. Yalnız birlikdə irəliləyişə nail ola bilərik”.

Nazir həmçinin Almaniya və Avropanın qlobal miqyasda iqlim dayanıqlığına keçidin maliyyələşdirilməsində etibarlı tərəfdaş olaraq qalacağını təsdiqləyib:

“Bununla yanaşı, yeni iri emissiya mənbələri də məsuliyyət götürməlidir: həm istixana qazı emissiyalarının azaldılmasında, həm də iqlim maliyyələşdirilməsində”.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29