Bərdə rayonunda güllələnmə hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə iyunun 12-də Kələntərli kəndində kənd sakini A.Şükürovun odlu silahdan açılmış atəşdən qol nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlıq zəminində ov tüfəngindən açdığı atəşlə A.Şükürova xəsarət yetirməkdə şübhəli bilinən kənd sakini R.Lətifov müəyyən edilərək saxlanılıb.
Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.