!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərdə sakini külli miqdarda narkotik maddə ilə yaxalandı

!Reklam – Yazi

Bərdə rayon sakinindən külli miqdarda narkotik maddə aşkarlanıb.

Yenicag.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Bərdə rayon sakini Müşfiq Ələkbərov Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə zəng edərək ona məxsus evin həyətinə oğurluq niyyəti ilə naməlum şəxslərin daxil olduğu barədə məlumat verib.

Məlumatla əlaqədar əməliyyat qrupu dərhal hadisə yerinə gəlib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşlarının peşəkarlığı və çevikliyi nəticəsində naməlum şəxs evə daxil olmaq istəyərkən saxlanılıb. Araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Babayev olduğu müəyyən edilib.

Polis şöbəsinə gətirilən İ.Babayevin üzərinə baxış zamanı 7.68 qram marixuana və kağız bükülüdə 0.35 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun evinə də baxış keçirilib. Evdən sellofan torbada çəkisi 560 qram olan marixuana və sellofan bükümdə çəkisi 1.58 qram olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

www.yenicag.az

1414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv