!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərdə sakinindən 10 kq-dan çox narkotik götürüldü - FOTO

!Reklam – Yazi

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinindən marixuana və çətənə bitkiləri aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Firdovsi Cəfərov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 6 kiloqram 583 qram marixuana və çəkisi 3 kiloqram 200 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv