Bərdədə 58 yaşlı qadın meyiti tapıldı
Bərdə rayonunda qadın döyülərək qətlə yetirilib.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Zümürxan kəndində baş verib.
Kənd sakini, 1962-ci il təvəllüdlü İbadova Tahirə Tofiq qızının üzərində xəsarətlər olan meyiti yaşadığı evdə tapılıb. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.