Bərdədə ağır qəza – Ər və arvad öldü

asdsadad2Bərdədə iki avtomobil toqquşub.

Hadisə Bərdə dəmir yol stansiyasının yaxınlığında baş verib.

Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılardan Alim və Vəfa adlı ər- arvadın həyatını itirdiyi, digərlərinin ağır yaralı olduğu bildirilir.

Hadisə yerinə gələn Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.