Bərdədə ağır yol qəzası – Yaralılar var

 

qeza_esasBərdə rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Məlumata görə, rayonun Zümürxan kəndi ərazisində “VAZ-2106” markalı avtomobillə “Toyota Land Cruiser” markalı minik maşını toqquşub.

Qəza nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü və iki qadın sərnişini ağır dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və Travmatologiya şöbələrinə yerləşdiriliblər.

Faktla bağlı rayon polisində araşdırma aparılır.(report)