Bərdədə ahıl kişi intihar edib

79d24955e0972a4b5645e81fae9c8c4aBərdədə intihar hadisəsi baş verib.

Bərdə rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb. Kənd sakini, 88 yaşlı Eyvaz Cəbiyev özünü yaşadığı evdə asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.