Bərdədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Yenicag.az-ın xəbərinə görə, hadisə rayonun Alaçadırlı kəndində baş verib. Kənd sakini, 1946-ci il təvəllüdlü Heydərov Maarif Fərəc oğlunun idarə etdiyi “VAZ” 2107 markalı, 09 BH 987 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn “Mercedes” markalı sərnişin avtobusu ilə toqquşub. Zərbənin təsirindən “VAZ” markalı avtomobil yol kənarındakı elektrik xəttinin beton dirəyinə çırpılıb. Avtomobilin sürücüsü M.Heydərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./APA/