Bərdədə avtomobil atı vurdu – FOTO

Bərdədə avtomobil atı vurub.

Yenicag.az xəbər verir ki, hadisə Hindar Borsunlu yolunun Bərdə rayon Soğanverdilər kəndi ərazisindən keçən hissəsində baş verib.

Ağdam rayon sakini Qafarov Əli Əhəd oğlunun idarə etdiyi maşın Mercedes markalı avtomobillə hərəkətdə olduğu zaman qarşısına çıxan iki atdan birini vurub.

Nəticədə at ölüb, avtomobilə ciddi ziyan dəyib./Apa/