Bərdə rayonunda 78 yaşlı qadın intihar edib.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Gərənə kəndi ərazisində yerləşən məcburi köçkün şəhərciyində baş verib.
Belə ki, Xocalı rayonundan olan məcburi köçkün, 1940-cı il təvəllüdlü Məmləkət Fərman qızı Ramazanova özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.
Qadının nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı araşdırmalara başlanılıb./Report/