Bərdədə DƏHŞƏTLİ QƏTL – Qardaş bacısının başını kəsdi – TƏFƏRRÜAT / FOTO

Avqustun 19-u saat 14 radələrində Bərdə rayonu, Uğurbəyli kənd sakini, 1994-cü il təvəllüdlü Nərminə Behbudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Fəqan Cabbarov yaşadıqları kəndin yaxınlığındakı əkin sahəsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nərminə Behbudovanın bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürmüşdür.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Fəqan Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda istintaq davam edir.

***

Bərdədə 25 yaşlı Cabbarov Fəqan Fəxrəddin oğlu 1994-cü il təvəllüdlü bacısı Nərmin Cabbarovanı qətlə yetirib.

Məsələ ilə bağlı Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Gündüz Ələsgərov hadisənin təfərrüatlarını açıqlayıb:

“Qız Bərdənin Kətəlparaq kəndinə ərə gedibmiş. İki azyaşlı övladı var. Həmin kənddə ailə daxilində söz-söhbət olub. Qız bu məsələdən sonra öz ata evinə deyil, dayısıgilə gedərək bir neçə gün dayısının evində qalıb. Dünən isə qızın qardaşı dayısı evindən götürüb evə gətirərkən əkin sahəsində taksidən düşürdüb. Qız başa düşüb ki, qardaşı onu öldürmək istəyir. Ona görə də qardaşının əlindən qaçmaq istəyib. Qardaşı isə onun arxasınca düşüb və orada da başını kəsərək qətlə yetirib. Kənd sakinlərinin verdiyi məlumata görə, qətlə səbəb qızın əxlaqsızlıq etməsi olub”.