Bərdədə ev külə döndü

Bərdə rayonunun Cəyilri kəndində ikimərtəbəli ev yanıb.

Yenicag.az-ın məlumatına görə, ümumi sahəsi 364 kv. m olan ikimərtəbəli 8 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 96 kv. m sahədə, ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.