Bərdədə ev yandı

Bərdədə ümumi sahəsi 120 kv.m olan birmərtəbəli evdə yanğın olub.

Yenicag.az  FHN-nə istinadən xəbər verir ki, 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə və dam örtüyü 35 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yenicag.az