Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bərdədə faciə - 27 yaşlı oğlana anası iynə vurdu, öldü

Bərdədə 27 yaşlı oğlan anasının vurduğu iynədən sonra vəfat edib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Elçin Əsədov küçəsində baş verib. Belə ki, soyuqdəyməsi olan Quluyev Cahangir Vəli oğluna anası həkim məsləhəti olmadan iynə vurub.

Nəticədə vəziyyəti daha da ağırlaşan xəstə şok vəziyyətində xəstəxanaya aparılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, C. Quluyevi xilas etmək mümkün olmayıb.

Məsələ iə bağlı araşdırma aparılır./Qafqazinfo/

www.yenicag.az

466