!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərdədə həlak olan yeddi yaşlı Aysu dəfn olundu - FOTO

!Reklam – Yazi

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan yeddi yaşlı Aysu İsgəndərova dəfn edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Report xəbər yayıb.

Dəfn mərasimində onun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.

O, yaşadığı Qarayusifli kənd qəbiristanlığında yaxınlarının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, oktyabrın 27-də saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə, rayonun Qarayusifli kəndində dörd mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.

www.yenicag.az

718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv