Bərdədə iki azyaşlı xəstəxanaya atılıb – FOTO

Bərdə rayonunda azyaşlı uşaqlar xəstəxanaya atılıb.

Yenicag.az-ın məlumatına görə, axşam saatlarında iki nəfər tərəfindən iki az yaşlı oğlan uşağı Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atılıb.

Uşaqlardan biri 9 yaşında, digəri isə altı aylıqdır. Uşaqlar həkim nəzarətinə götürülüb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələki bilinmir.

Faktla bağlı araşdırma aparılır./Report/