!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərdədə kütləvi dava: 4 nəfər bıçaqlandı

!Reklam – Yazi

Bərdə rayonunda kütləvi dava baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə qeydə alınıb.

Bərdə rayon Qaradəmirçi kənd sakinləri – Nurlan, Sərxan və Orxan Əlikram oğlu Ramazanov qardaşları və onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların ikisi Reanimasiya, digər ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Araşdırma aparılır./Report/

www.yenicag.az

2146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv