Bərdədə maşın su kanalına düşdü – ölən və yaralanan var 

Bərdədə avtomobil su kanalına düşüb.

Yenicag.az xəbər verir ki, Lənbərən kəndi ərazisində baş verən qəzada 1993-cü il təvəllüdlü Gəncə şəhər sakini Xuduzadə Ceyhun İlham oğlu idarə edib və avtomobili su kanalına aşırıb. Nəticədə Gəncə şəhər sakinləri – 1972-ci il təvəllüdlü Həsənova Heyran Kamran qızı, 1988-ci il təvəllüdlü Mirzəyeva Günel İbrahim qızı,1973-cü il təvəllüdlü Həsənova Sədagül Qəşəm qızı, 1993-cü il təvəllüdlü Xuduzadə Ceyhun İlham oğlu və 1991-ci il təvəllüdlü Mirzəyeva Səxavət Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlardan biri – S.Həsənova xəstəxanada vəfat edib.