Bərdədə məktəb yandı – FOTO

Bərdə rayonunda məktəb binasında yanğın olub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Uğurbəyli kəndində qeydə alınıb.

Hadisə zamanı məktəb binasında müvəqqəti məskunlaşan Ağdamdan olan məcburi köçkün Cahangir Vəliyevin otağı yanaraq külə dönüb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində qısaqapanma olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə rayon Şöbəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Alov ram edilərək, yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.