Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bərdədə meşə yanır

Bərdə rayonunda meşə massivində yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Bəxtiyar Abdiyev məlumat verib.

Onun sözlərinə görə, hadisə rayonun Cumalar kəndi ərazisindəki Cumalar meşəsində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və canlı qüvvəsi cəlb edilib: “Yanğının bir hissəsi söndürülüb. Ərazi meşə fonduna aiddir, bələdiyyə ərazisi deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.

Qeyd edək ki, Quba, Qəbələ, Ağsu, İsmayıllı və Oğuz rayonlarının meşələrində də yanğınlar qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi həmin ərazilərə cəlb olunub.

 

www.yenicag.az

1450