Bərdədə minik avtomobili yandı

Bərdə rayonunun Hacılar kəndində ümumi sahəsi 130 m² olan qarajın tavanı 50 m² sahədə və içərisində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, qarajın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.