!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərdədə “Nə?Harada?Nə zaman?” intellektual oyun keçirildi – Fotolar

!Reklam – Yazi

74857350-21b1-4bbd-91ec-b686a5478a0b06 may 2016-cı il tarixdə F.Muradov adına şəhər 7 saylı ümumi orta məktəbdə Bərdə rayon Gənclər və İdman idarəsinin,Təhsil şöbəsinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş orta məktəblərin yuxarı sinif şagirdlərindən ibarət komandaları arasında “Nə?Harada?Nə zaman?” intellektual oyununun rayon çempionatı keçirilmişdir.

Çempionatda 16 məktəb (10 şəhər,6 kənd) komandaları iştirak etmişlər.
“Nə?Harada?Nə zaman?” intellektual oyununun rayon çempionatı təşkilatçılar tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirilmişdir.

Komandaların bilik səviyyələrinin qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə münsiflər heyəti təyin edilmişdir:

1.Aydın Qasımov – Gənclər və idman idarəsinin baş məsləhətçisi – sədr
2.Vüsal Quliyev – Rayon Təhsil şöbəsinin metodisti – üzv
3.Səba Məmmədova – YAP Bərdə rayon təşkilatının baş təlimatçısı – üzv
Ülu öndərin və Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq qonaqları təqdim etdi və çempionatın keçirilməsinin məqsədi və məramı barədə məlumat verdi.
YAP Bərdə rayon təşkilatının baş təlimatçısı Səba Məmmədova,Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov,Təhsil şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov çıxış edərək Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan,onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan,onların intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən danışdılar.

Əsasnaməyə uyğun olaraq oyun I mərhələdə keçirilmişdir.Komandalara 30 sual verilmişdir.Duzgün cavablandırılmış suallar 1 balla qiymətləndirilmişdir.Hər 10 sualdan sonra 10 dəqiqəlik tənəffüs verilmişdir.Daha çox bal (13 bal) toplayan T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbin komandası (kapitan Rahibİsmayılov) I yeri,F.Muradov adına şəhər 7 saylı ümumi orta məktəbin komandası 8 balla II yeri,Ə.İsmayılov adına Mirzalıbəyli kənd tam orta məktəbin komandası isə III yeri tutmuşlar.

Tədbirin açılışında və fasilələrdə Gənclər və İdman idarəsinin könüllüləri tərəfindən hazırlanmış musiqi nömrələri iştirakçılara təqdim olunmuşdur.

Çempionatın keçirilmə vaxtı heç bir əsasnamə pozuntusuna yol verilməmişdir.
Qaliblərə müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ümummillli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ümumrayon tədbirində təqdim olunacaqdır.

www.yenicag.az

1132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv