Bərdədə obyektlər yandı

Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.