Bərdədə piyadanı maşın vuraraq öldürdü

Bərdə rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Yenidaşkənd kəndində qeydə alınıb.

Belə ki, “QAZ-31” markalı minik avtomobili yolu kecmək istəyən piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Onun şəxsiyyəti hələ məlum deyil.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.