Bərdədə qatar traktoru vurdu – FOTO

Bərdədə qatar traktoru vurub.

Yenicag.az APA-ya istinadən bildirir ki, hadisə Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbə ərazisində baş verib.

Qəza zamanı traktorun qoşqusunda olan sərnişinlərdən xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəsarət alanların traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri – 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.

Traktorun sürücüsü olan Z.Bağırovun ayaqları amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.