Bərdə rayon sakinindən tapança aşkarlanaraq götürülüb.
Yenicag.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Gəncə şəhəri ərazisində əməliyyat keçirib.
Nəticədə Bərdə rayon sakini Ə.Əliyevdən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürülüb.