Bərdədə yanğın baş verdi

Bərdə rayonunun Böyük Göyüşlü kəndində ümumi sahəsi 390 m² (hər mərtəbəsi 195 m²) olan ikimərtəbəli 10 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.