Berdiməhəmmədovla Ərdoğan bir-birinə küçük hədiyyə etdi – FOTO

Türkiyədə səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə təqdim edib.

Yenicag.az xəbər verir k,i Berdiməhəmmədov Ərdoğana Alabay cinsindən olan küçük hədiyyə edib.

Türkiyə Prezidenti də, öz növbəsində, Türkmənistan rəhbərinə Kanqal cinsindən olan küçük bağışlayıb.