Berdiməhəmmədovun Türkiyəyə gəlişinin ƏSL MƏQSƏDİ: Rəsmi səfərdə “qeyri-rəsmi” detal – FOTO

Bu gün Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyəyə səfər edib.

Yenicag.az xəbər verir ki, Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüşün nəticəsi olaraq iki dövlət arasında 13 anlaşma imzalanıb.

Türkiyənin “Oda TV” saytı Berdiməhəmmədovun Türkiyəyə səfərinin pərdəarxası məqamını üzə çıxarıb. Saytın yazdığına görə, Berdiməhəmmədovun Türkiyəyə gəlişinin əsl məqsədi tanınmış iş adamı, Türkmənistana böyük investisiya qoyan “Çalık” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Əhməd Çalıkın oğlunun toyuna qatılmaqdır.