Bərə körpüyə çırpıldı: Yaralılar var – VİDEO

ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərinin limanında sərnişin bərəsi körpüyə çırpılıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Qeyd edək ki ,hadisə zamanı bərədə 53 sərnişin olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.