“Müsəlman dünyasının axırına çıxmaq istəyirlər”.
Bu sözləri Suriyada gedən prosesləri Yenicag.az-a dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, ümumi mənzərə müsəlman dünyasının məhv olduğunu göstərir:
“Müsəlman dünyası məğlubdur. Qərb dünyası onu əzir, özünə tabe edir, parçalayır, qarət edir. Bu ümumi mənzərədir. Ümumi mənzərədən kənara çıxanda, tarixin müəyyən bir kəsimində Suriya adlı bir dövlət vardı ki, o dövləti xaraba qoyublar. Livan adlı gözəl bir ölkə vardı, artıq onu da məhv ediblər. Xaraba qoymaqla da dayanmırlar. Bunun səbəbi xalqların ümumi cəhaləti, hakim zümrənin hədsiz tamahkarlığı, qeyri-müsəlman dünyanın amansızlığıdır”.
“Suriyanı darmadağın etmək istəyirlər. Bəşər Əsədi çıxarıb yerinə hansısa ifrat dinçini qoyacaqlar, sonra onu devirəcəklər, sonra yenə devirəcəklər. Livan, Suriya, Liviya, Sudan, Yəmən xarabadır. Müsəlman dünyasının axırına çıxmaq istəyirlər. “Hizbullah” İsrailə zərbələr endirdi, müxalif qüvvələr hansısa şəhərləri götürdü, Suriya ordusu Dəməşqi qoruyur, bunlar hamısı təfərrüatdır. Ümumi mənzərə müsəlman dünyasının məhv olmasıdır”.
Səxavət Məmməd