Beren Saat ana olmağa hazırlaşır

berenTəxminən iki ildir süni mayalandırma ilə ana olmaq istəyən Beren Saat ABŞ-da müalicəsini davam etdirir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 32 yaşlı Berenin əri, 42 yaşlı Kənan Doğulu da müalicə alır.

Müalicəsinə ara verib Türkiyəyə qayıdan Beren yenidən ABŞ-a dönüb. Aktrisa oradakı həkimindən şad xəbər eşidib. Belə ki, onun ana olmasına artıq heç bir əngəl qalmayıb.

Beren və Kənan uşaqlarını ABŞ-da dünyaya gətirmək istəyirlər.

Yenicag.az