Berlin Avropa Komissiyasının yeni qaydalarına etiraz edir

Almaniya paytaxtının mərkəzində keçirilmiş nümayişdə iştirak edən 4 minə yaxın berlinli müəllif hüququ sistemində aparılan islahatlara etirazlarını bildiriblər.

Yenicag.az xəbər verir ki, meydana toplaşan insan kütləsi aksiya iştirakçılarının nəzərdə tutduğundan da çoxsaylı olub.

Avropa Komissiyası hələ 3 il əvvəl bu sistemdə yeni qaydaların tətbiqini təklif edib. İslahatda nəzərdə tutulur ki, internet platformalarının sahibləri başqalarının müəllif işini öz saytlarında istifadə etməsinlər. Nümayiş iştirakçılarını narahat edən odur ki, islahat fikir azadlığı üçün və internetdə rəngarənglik baxımından xoşagəlməz nəticələr doğuracaq./AZƏRTAC/

COP29