!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Berlin TV” Şuşadan reportaj hazırladı

!Reklam – Yazi
img1580387Almaniyanın “Berlin TV” kanalı Şuşanın işğal günü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş reportaj yayımlayıb. 
Azərbaycana dair mühüm tarixi əhəmiyyətli faktların əks olunması ilə
başlayan reportajda, 28 may 1918-ci ildə Türk və müsəlman dünyasının
ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyətinin
qurulduğu zaman ərazisinin 114 min km2 təşkil etdiyi, Sovet hökuməti
elan olunduqdan sonra  isə ərazilərinin böyük bir qisminin bolşeviklərin təzyiqi altında Ermənistana güzəştə gedilməsi, 1992-ci ildə erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımı haqqında məlumat verilir. Reportajda Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri,
millət vəkili Azay Quliyev, Milli Məclis sədrinin müavini Bahar Muradova və məcburi köçkün Ərşad Piriyevin münaqişə və onun həlli istiqamətində görülən işlər barədə mövqeyi əks olunur.
Azay Quliyev ölkəmizin münaqişənin danışıqlar və sülh yolu ilə həllini
tərəfdarı olduğunu, ancaq Ermənistan silahlı qüvvələrinin işğal
olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması
barədə BMT Təhlülkəsizlik Şurasının 4 qətnaməsinin 20 ildən artıq
müddətdə icra olunmadığını bildirib.
Azay Quliyev açıqlamasında münaqişənin həlli üçün yaradılan ATƏT-in
Minsk Qrupunu fəaliyyətsizlkdə ittiham edərək onun təcavüzkar ilə
təcavüzə məruz qalan ölkə arasında fərq qoymadığını  və əldə etdiyi
vasitəçilik mandatından lazımınca istifadə etmədiyi üçün sərt tənqid
eidb. Daha sonra millət vəkili ATƏT-in Minsk Qrupunun həmsədrlərinin
tərkibinə yenidən baxılmasını  (ABŞ, Rusiya və Fransa) Almaniya və
Türkiyənin bu tərkibə daxil edilməsinın vacibliyini qeyd edib və bunun
problemin həllinə müsbət təsir edəcəyini deyib.
Şura sədri rəsmi Bakının Dağlıq Qarabağa Azərbaycanın tərkibində  ən
yüksək muxtariyyət statusu və orada yaşayan erməni icmasının  və geri
qayıdacaq azərbaycanlıların birgə  təhlükəsiz yaşamasına zəmanət
verməyə hazır olduğunu xüsusi olaraq vurğulayıb. Azay Quliyev ABŞ və
Avropa İttifaqının Ukraynaya göstərdiyi münasibətin və diqqətin
Dağlıq Qarabağ münaqişəsinin həllinə  göstərməməsindən
təəssüfləndiyini  və işğalçı Ermənistana qarşı müvafiq  sanksiyaların
tətbiqin vacibliyini vurğulayıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova da öz növbəsində
Ermənistanın Azərbaycan torpaqları olan Dağlıq Qarabağı özünə
birləşdirmək istiqamətində addımlarının fayda vermədiyi üçün onu
müstəqil subyekt kimi tanıtmaq cəhdləri və bunun yolverilməzliyinin
Azərbaycan tərəfindən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığı,
Dağlıq Qarabağ və 7 ətraf rayon daxil olmaqla Azərbaycanın 20 %
ərazisinin işğal altında olması və münaqişə nəticəsinə
azərbaycanlıların məruz qaldığı etnik təmizləmə siyasəti, bu
ərazilərdəki mədəniyyət abidələrinin dağıdılması və bir milyona yaxın
azərbaycanlının məcburi köçkün və qaçqına çevrilməsi faktını diqqətə
çatdırıb. Bahar Muradova eyni zamanda Ermənistanın bu siyasətinin
Azərbaycana qarşı hərbi cinayət olması, ölkəmizin ərazi bütövlüyünü
Helsinki Yekun Aktının prinsipləri əsasında daim müdafiə və bərpasını
tələb edəcəyi, ATƏT Minsk Qrupunun uğursuz fəaliyyəti və bu
fəaliyyətin daha çox bir tərəfin maraqlarına xidmət etməsini,
Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin dərhal
çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, ATƏT və
Avropa Parlamenti kimi beynəlxalq təşkilatların qətnamə və qərarlarına
Ermənistan tərəfindən əməl edilməməsi barədə fikirlərini bölüşüb.
Məcburi köçkün Ərşad Piriyev isə münaqişə nəticəsində şahidi olduğu
erməni vəhşiliyi, yurd-yuvalarından necə didərgin salındıqları barədə
acı xatirələrini və dövlətin məcburi köçkünlərə göstərdiyi qayğıdan
danışıb.
Reportajlarla bağlı linklər:
https://www.youtube.com/watch?v=EFr_A0L9SbM
https://www.youtube.com/watch?v=VKECFByEiPg

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv