Berlinin Kroysberq rayonunda polis əməkdaşları naməlum silahlı şəxsə atəş açaraq yaralayıblar.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, insident xəstəxananın qarşısındakı maşın dayanacağında baş verib.
Məlumata görə, silahlı şəxs çoxsaylı təslim olmaq tələblərinə tabe olmayaraq polis əməkdaşlarına hücum edib. Asayiş keşikçiləri hücum edən şəxsi dayandırmaq məqsədi ilə xidməti silahdan atəş açmağa məcbur olublar. Həmin şəxsin ayağından yüngül yaralandığı bildirir.
İnsidentin təfərrüatları və səbəbləri araşdırılır.
Yeniçağ.Az