!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Berlində Qarabağ təxribatının qarşısı alınıb

!Reklam – Yazi

1441560940_xinBu il İTB Berlin turizm sərgisinin təşkilat komitəsini aldadaraq başqa ad altında kommersiya şərtləri ilə qeydiyyatdan keçən bir təşkilat sərgi başlayan gün ona aid olan pavilyonda “Karabakh” adlanan plakat asıb. Göründüyü kimi, yalan və saxtakarlıqdan belə çəkinməyən qondarma rejim bu cür davranışla əslində özünün kriminal təfəkkürlü mahiyyətini bir daha nümayiş etdirir.

Bunu AzVision.az-a 9-13 mart il tarixlərində Berlində keçirilən İTB Berlin beynəlxalq turizm sərgisində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin iştirakı məsələsinə münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki,2009-cu ildə rəsmi Yerevan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin İTB Berlin turizm sərgisində iştirakı üçün təxribatçı cəhd göstərmiş və bunun qarşısı alınmışdı: “Həmin ildən etibarən Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin həyata keçirdiyi önləyici tədbirlər sayəsində ayrıca pavilyonla İTB Berlin turizm sərgisində qondarma rejimin iştirakının qarşısı effektiv şəkildə alınır. Azərbaycanın Almaniyadakı səfirliyi tədbirin təşkilatçıları ilə təmasda olaraq, bu stendin ləğv edilməsi üçün tədbirlər görür”.

XİN rəsmisi qeyd edib ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərinin ilhaq etmək, işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaratdığı qondarma rejimi təşviq etmək və işğalın nəticələrini möhkəmləndirmək üçün qazanc məqsədilə turizmdən sui-istifadə edir: “Azərbaycan Respublikası 2014-cü ilin oktyabrında Səmərqənddə keçirilmiş Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının 99-cu sessiyasında ÜTT-nin nizamnaməsinə, beynəlxalq hüquqa və turizmin fundamental məqsəd və məramlarına zidd olaraq, turizmin siyasi məqsədlər üçün sui-istifadə edilməsi, münaqişə zonaları və qeyri-qanuni hərbi işğal altında olan ərazilərin turizm məntəqəsi kimi təşviq olunması kimi narahatlıq doğuran halları gündəmə gətirmişdi. Bu kimi əməllərin ÜTT və BMT Baş Assambleyası tərəfindən təsdiq olunmuş Turizmə dair Qlobal Etik Məcəlləyə zidd olduğu da qeyd olunmuşdu”.

H.Hacıyev bildirib ki,turizmə dair Qlobal Etik Məcəlləyə əsasən turistlərdən və turizm sahəsində fəaliyyət göstərən qurumlardan səfər edilən ölkənin qanunlarına hörmət etmək və turizm səfəri zamanı cinayət əməlləri və səfər edilən ölkənin qanunlarına görə cinayət hesab oluna biləcək hər hansı fəaliyyətdən kənar durmaq tələb olunur: “Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurası 2015-ci ilin mayında Xorvatiyada keçirilmiş 100-cü sessiyasında Azərbaycanın təklifi əsasında Turizmin Etik Qaydaları üzrə Dünya Komitəsinin “Münaqişə zonalarının turizm məntəqəsi kimi təşviqinin və turizmin qeyri-qanuni məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı tövsiyələri nəzərdən keçirmişdi. Bu tövsiyələr əsasında hökumətləri, turizm sektorunda olan dövlət və özəl müəssisələri bütün hallarda, o cümlədən hərbi münaqişələr zamanı Turizmə dair Qlobal Etik Məcəllə, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutmağa çağıran qərar qəbul edilmişdi”.

XİN rəsmisi deyib: “ÜTT-nin Nizamnaməsini, Turizmə dair Qlobal Etik Məcəlləni, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrini rəhbər tutaraq, Azərbaycan tərəfi bütün dövlətləri, turizm sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin turizm məntəqəsi kimi təşviq və sui-istifadə edilməsinə imkan verməmək üçün təsirli addımlar atmağa çağırır”.

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv