Berlinin mərkəzində hoteldə 16 metrlik akvarium parçalandı – FOTO/VİDEO

Almaniyada 16 metrlik nəhəng akvarium parçalanıb.

Berlinin mərkəzindəki “Dom Aquaree” hotelinə 100-ə yaxın təcili yardım işçisi cəlb edilib. Akvariumun bütün suyu balıqlarla birlikdə küçəyə axıb.

Hadisənin başvermə səbəbi bilinmir.

Hotel Berlinin Aleksanderplatz meydanı və məşhur televiziya qülləsinin yaxınlığında yerləşir./Oxu.az/