İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Milan şəhərində xəstəxanaya yerləşdirilib.
Yenicag.az-ın məlumatına görə, sabiq nazir müayinələrdən sonra “İrəli, İtaliya” partiyasının bu günə planlaşdırılmış tədbirində iştirak edəcəyini bildirib.
S.Berluskoninin xəstəxanaya yerləşdirilməsinin səbəbi və diaqnoz açıqlanmayıb.
Qeyri-rəsmi məlumatlara əsasən, keçmiş nazir kəskin böyrək ağrılarından əziyyət çəkir.