Sevilən markalardan “ Berqa” və Coffee N`Joy” İz Community”nin təşkilatçılığı ilə 10-14 fevral tarixlərində “Blue Mall”dakeçirilən yarmarkada uğurla iştirak ediblər. 14 fevral “Sevgililər günü”nə həsr olunan “Sevginin İZi” adlı yarmarkada markalar iştirakçıları ləziz, nəfis təama malik qəhvəyə və çaya qonaq ediblər.
15 mindən çox insanın iştirak etdiyi bu tədbirdə 150 xanım sahibkar öz əl işlərini, kiçik sahibkarlar isə öz brendlərini nümayiş etdirməklə yanaşı satışını da həyata keçiriblər.
Tədbirdə bir çox tanınmış müğənnilər öz ifaları ilə qonaqlara xoş əhval ruhiyyə bəxş edərək, gözəl anlar yaşadıblar.
Qeyd edək ki, “Berqa” çay və “Cofee N`Joy” markası bir sıra sosial tədbirləri dəstəkləməklə yanaşı həmin layihələrdə yaxından iştirak edir.