!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərzani geri addım atır: "Nəticələr dondurulsun"  

!Reklam – Yazi

İraq Regional Kürd Hökumətinin lideri Məsud Bərzani İraq hökuməti və dünya ictimaiyyəti qarşısında yeni təkliflə çıxış edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Bərzani “qeyri-leqal referendum”un nəticələrini dondurmağa çağırıb. İraq Regional Kürd Hökumətindən verilən yazılı açıqlamada bildirilib:

“İraq və Kürdüstanın üz-üzə gəldiyi bu vəziyyətdə Peşmərgə və İraq qüvvələri arasında silahlı qarşıdurmanın yaranmaması üçün hamı tarixi məsuliyyət daşıyır. İndiyə qədər baş verən insidentlərdə hər iki tərəf itki verib. Bütün bunlar isə qanlı müharibəyə səbəb ola və İraqın sosial strukturunu dağıda bilər.”

Açıqlamanın sonunda isə hər iki tərəfin maraqlarının nəzərə alınması halında atəşkəsin elan olunması və nəticələrin “dondurulması” təklif olunub:

“Kürd muxtariyyətində bütün hərbi əməliyyatlar dayandırılsın və təcili atəşkəs əldə olunsun. Bundan sonra 25 sentyabrda keçirilən referendum nəticələrinin “dondurulması” və İraq konstitusiyası çərçivəsində danışıqlar başlasın”.

www.yenicag.az

2583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv