İraq Türkman Cəbhəsinin sədr müavini Həsən Turan Bərzaninin Kərkük neftini illeqal yollarla İsrailə satdığını iddia edib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Kərkükdən millət vəkili seçilmiş Həsən Turan İsrail mətbuatında çıxan “Kərkük neftindən məhrum qaldıq” başlıqlı xəbərlərə münasibət bildirib. O yazıların əsasında Bərzaninin illeqal neft satışlarının durduğunu söyləyib:
“Ən çox nefti İsrail alırdı. İkinci sırada isə italyan şirkətləri gəlirdi. Neftdən əldə olunan gəlir Şimali İraq hökumətinin büdcəsinə gedirdi. Hal-hazırda gündə 225 min barel neft ixrac olunur. Əvvəllər isə daha çox neft ucuz qiymətə satılır və hesabata daxil edilmirdi. Artıq qeyri-qanuni neft satışı həyata keçirə bilməzlər”.