İraq Kürd Regional Hökümətinin lideri Məsud Bərzani referendum qərarından və Kərkükdən imtina etməyəcəklərini söyləyib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, referendumla bağlı etirazların davam etdiyi bir dövrdə Kərkükün də prosesə daxil edilməsi vəziyyəti daha çox gərginləşdirib. Kərkükdə yaşayan türkmanlar və ərəblər qərarın ləğvi üçün aidiyyatı qurumlara müraciət edirlər.
Bərzani bu etirazlara fikir verməməklə yanaşı emosianal çıxışlar etməyə davam edir:
“Referendum tarixi bir qərardır. Müstəqillik uğrunda hər cür bədəli ödəməyə hazır olmalıyıq. əgər Kürdüstan xalqı referendumda “xeyr” deyərsə, vəzifəmdən istefa verəcəyəm. Çünkü, belə olan təqdirdə fəaliyyətimi davam etdirməyim üçün bir səbəb qalmaz”.