Tanınmayan referendum ilə öz müstəqilliyini elan edən Şimali İraq ərazisində yerləşən Kürdüstan Bölgəsi Müstəqil Ali Seçki və Referendum Komissiyası parlament və başqanlıq seçkiləri üçün hazır olduqlarını bildirdi.
Yenicag.az xəbər verir ki, 1 oktyabrda keçiriləcək seçkilərdə iştirak etmək üçün sadəcə bir şəxs namizəd oldu. Bərzaninin öncədən başqanlığa namizəd olmayacağını bildirdiyi seçkilərdə başqa namizəd yoxdur.
Bu gün isə namizədliklə bağlı müraciət etmək üçün son gündür. “Rudav” telekanalına açıqlama verən Müstəqil Ali Seçki və Referendum Komissiyasının mətbuat katibi Şores Həsən “3 sentyabrda başqanlıq və millət vəkili seçkiləri ilə bağlı namizədliklərin qəbul olunacağını açıqladıq. Təəssüf ki, bir ay ərzində sadəcə bir nəfər müraciət etdi, onun da anketi yarımçıqdır” söyləyib.